Qazaxda “Müstəqil, suveren Azərbaycanın uğurları milli birliyin, milli həmrəyliyin təntənəsidir!” mövzusunda tədbir keçirilib
Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, idarə, müəssisə, təşkilat rəhbərləri, partiya veteranları, Ərazi partiya təşkilatının sədr və müavinləri, şəhid ailələriiştirak ediblər. Tədbirdə əvvəlcə YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. A.Nəbiyev bu şanlı zəfərə görə canlarını Vətən yolunda fəda edən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə, hərbçilərimizə, Müzəffər Ali Baş Komandana borclu və minnətdar olduğumuzu qeyd edib. Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllimi Esmira Şıxməmmədova, Vətən müharibəsi şəhidi, gizir Amid Məmmədovun atası Müqabil Məmmədov, Ərazi partiya təşkilatının sədri Aynurə Abbasova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, əlamətdar günlərlə bağlı səmimi ürək sözlərini bölüşüblər. Çıxış edənlər vurğulayıblar ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bu tarix milli birliyin yaradılmasının başlanğıc nöqtəsidir. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq ideyasını yaşadanlar bu birliyə, bu həmrəyliyə öz töhfələrini verirlər. Ümummilli Lider Heydər Əliyev azərbaycançılıq məfkurəsinin, azərbaycançılıq ideyasının, həmrəyliyin banisi idi. Həmrəylik gününün qeyd olunması ilə bağlı tarixi qərar o vaxtlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyən Heydər Əliyevin təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da qəbul edilmişdir. Müvafiq təklifi respublika parlamenti təsdiq etdikdən sonra 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmiləşdirilmişdir. Bu, uzun illərdən bəri həsrətində olduğumuz milli birliyin yaradılmasının, bu birliyin ana xəttini müəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşmasının başlanğıc nöqtəsi idi. Əslində, bu bayramla müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji bütövləşmənin təməli qoyulmuşdur. Partiya veteranı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Cavanşir Rüstəm, Kazım Kazımlı çıxış edərək xalqımızın həmrəyliyinə, birliyinə həsr oluunmuş şeirlərini səsləndiriblər. Tədbirdə YAP Qazax Rayon Təşkilatının bir qrup partiya fəalı yüksək siyasi fəallığına görə YAP Qazax Rayon Təşkilatının Fəxri Fərmanı və hədiyyələrlə təltif olunublar. Həmçinin, YAP sıralarına yeni qəbul olunmuş partiya üzvlərinə üzvlük vəsiqələri təqdim edilib. Sonda xatirə şəkli çəkdirilib.
Dekabrın 24-də Qazax Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatı və Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Müstəqil, suveren Azərbaycanın uğurları milli birliyin, milli həmrəyliyin təntənəsidir!” mövzusunda tədbir keçirilib.



YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək iştirakçıları salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb. Ölkə Prezidentinin müvafiq sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunduğunu qeyd edən natiq əvvəlki əlamətdar illərdə olduğu kimi, bu ilin də yüksək səviyyədə qeyd olunduğunu, ilə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini qeyd edib. A.Nəbiyev tarixi sınaqlardan hər zaman alnıaçıq, üzüağ çıxmış Azərbaycan xalqının bu gün müstəqil, suveren ölkənin vətəndaşları olaraq qürurla yaşadıqlarını və qalib dövlətə sahib olduqlarını vurğulayıb. Müzəffər Ali Baş Komandanın müdrik siyasəti, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına xalqımızın milli sərvəti olan suverenliyimizin bərpa olunduğunu, bütün ərazilərdə Konstitusiya qurluşunun bərqərar olunduğunu diqqətə çatdırıb.
A.Nəbiyev bu il xalq olaraq Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Konstitusiyamızın qəbul edilməsinin 30 illiyini, 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsində qazandığımız şanlı Zəfərin 5 illiyini təntənə ilə qeyd etdiyimizi söyləyib. A.Nəbiyev Ulu Öndər Heydər Əliyevin sözünün çəkisi və sanbalı olan, kütləni arxasınca aparmağı bacaran, zəngin dövlətçilik və idarəçilik qabiliyyətinə malik olan, tarixdə iz qoymağı bacaran dahi bir lider olduğunu söyləyib. A.Nəbiyev qeyd edib ki, Ulu Öndərin ən böyük arzusu torpaqlarımızın işğaldan azad olunması, bütöv Azərbaycanı görmək idi. Bu gün qürur və fəxrlə deyə bilərik ki, dahi rəhbərin arzusu gerçəkləşdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımız, şanlı ordumuz 44 günlük Vətən müharibəsində ölkə başçısının ətrafında yumuruq tək birləşdi, həmrəylik, birlik nümayiş etdirdi, tarixi Qələbə qazandı və işğalda olan torpaqlarımız azadlığına qovuşdu, antiterror tədbirləri zamanı suverenliyimiz tam bərpa edildi.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə səmimi ürək sözlərini bölüşüb. Rayon rəhbəri Müzəffər Alİ Baş Komandan İlham Əliyevi doğum günü münasibətilə öz adından və rayon ictimaiyyəti adından təbrik edib, xoş arzularını çatdırıb. İcra başçısı bildirib ki, Ümummilli Lider Heydər Əliyevin səsləndirdiyi “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir” dəyərli sözləri hər bir soydaşımız üçün həyat amalıdır. Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. İcra başçısı vurğulayıb ki, bu gün də fəxrlə qeyd edə bilərik ki, Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha nümayiş etdirdi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da tarixdə görünməmiş dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. İkinciQarabağ müharibəsi zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Vətən müharibəsi müddətində xalqımız hər gün öz rəhbərinin yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etdi. Məhz Prezident İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı. Dövlət başçısının vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Qalib xalqın qalib lideri kimi doğum gününü qeyd edən Müzəffər Ali Baş Komandanı təbrik edib, ünvanına xoş arzularını səsləndirib. Millət vəkili qeyd edib ki, bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin elmə əsaslanan iqtisadi siyasəti respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır. Prezidentin müəyyən etdiyi strateji xəttə əsaslanaraq dayanıqlı iqtisadi inkişafın təmin olunması məqsədilə çevik, adekvat addımlar atılıb, kompleks islahatların həyata keçirilməsi nəticəsində makroiqtisadi sabitlik möhkəmləndirilib, biznes və investisiya mühiti daha da yaxşılaşdırılıb. Aparılan genişmiqyaslı iqtisadi islahatların nəticəsində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş və etməkdədir. Bu iqtisadi inkişaf müstəqilliyimizi möhkəmləndirir, beynəlxalq aləmdə Azərbaycanın rolunu və nüfuzunu gündən-günə artırır.
Beynəlxalq aləmdə qüdrətli ölkə kimi tanınan Azərbaycanın əldə etdiyi hər bir uğur Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Vətənini, xalqını canından artıq sevdiyini həyatı ilə sübut edən Ümummilli Liderin ideyaları Azərbaycanın davamlı uğurlarının parlaq gələcəyinin əsasıdır. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi bizlər üçün qiymətli bir xəzinədir. İllər, nəsillər bir-birini əvəz edəcək, lakin Azərbaycan xalqının iftixarı olan Ulu Öndərin işıqlı təfəkküründən süzülüb gəlmiş nadir fikir inciləri uğurlu gələcəyə gedən yollarımızda əbədi məşəl kimi daim alovlanacaqdır.






















Facebook-da paylaş














