• Təqvim

  • Maraq



Vətəndaş məktubundan: “Cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan xalqının hələ çox nailiyyətlər əldə edəcəyinə inanırıq”


Aqil Mustafayev və Nailə Xasıyevadan, 

Salam, hörmətli cənab Prezident.

Sizin qayğınız və diqqətiniz sayəsində hər bir şəhər və rayonumuz kimi, Qazax da daha abad, daha gözəl və müasir görkəm alıb. Gecələr şəhərin işıqlı və rəngarəng mənzərəsi Qazax sakinlərini çox sevindirir.

Həmçinin qeyd etmək istəyirik ki, şəhid ailələrinə və müharibə əlillərinə, aztəminatlı ailələrə göstərilən dövlət qayğısı məmnunluq yaradır. Bizim ailələr də bu qayğını daim hiss edir.

Cənab Prezident, bütün bunlara görə Sizə dərin təşəkkürümüzü bildiririk. Sizin rəhbərliyinizlə Azərbaycan xalqının hələ çox nailiyyətlər əldə edəcəyinə inanır, bu yolda Sizə davamlı uğurlar və müvəffəqiyyətlər diləyirik.

Çox sağ olun, bizim qayğıkeş Prezidentimiz.

Hörmətlə,

Mustafayev Aqil və Xasıyeva Nailə.

Azərbaycan Respublikası, Qazax şəhəri.

28 oktyabr 2025-ci il

https://president.az/az/articles/view/70441



Facebook-da paylaş