Təbrik edirik
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə bir qrup dövlət qulluqçusu medallarla təltif olunublar. Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Sektor müdiri Babayev Qurban Teymur oğlu və Qazax Rayon Statistika İdarəsinin rəisi Xəlilova Dürdanə Rəhim qızı da "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar. Respublika Prezidenti İlham Əliyevə dövlət qulluqçularının, o cümlədən də Qazax Rayon İcra Hakimiyyəti və digər əməkdaşımızın fəaliyyətinə, əməyinə verdiyi yüksək qiymət və dəyərə görə ziyalılar adından minnətdarlığımızı bildiririk.
Onları bu münasibətlə təbrik edir, müstəqil Azərbaycanın çiçəklənməsi naminə daha səmərəli fəaliyyət arzulayırıq.
Facebook-da paylaş