• Təqvim

  • Maraq



Qazaxda vətəndaş qəbulları diqqətdə saxlanılır - FOTOLAR


Ölkə Prezidenti İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqət mərkəzindədir.

Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində, rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin  birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və  həlli nəzarətə götürülür.

Onu da vurğulayaq ki, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakimiyyətinin inzibati binasında və yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir.

Keçirilən qəbullardan sonra rayon İcra Hakimiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən, qəbullar zamanı edilən müraciətlər, vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir.

2025-ci ilin may ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının yerlərdə 4 səyyar görüşü, inzibati binada 14 qəbulu (9-u fərdi, 5-i ümumi olmaqla) təşkil olunub. Ümumi qəbulda 26 nəfərin, fərdi qəbulda 15 nəfərin müxtəlif məzmunlu müraciətləri dinlənilmişdir. Mayı ayı ərzində fərdi və ümumi qəbula gələn 41 nəfər tərəfindən 45 məsələ qaldırılmışdır. Ümumilikdə, yanvar-may ayı ərzində fərdi və ümumi qəbula gələn 190 nəfər tərəfindən 200 məsələ dinlənilmişdir. Qəbul zamanı vətəndaşlar əsasən işlə təmin olunmasına, mənzil, sığınacaq, torpaq, əlillik dərəcəsinin təyini və ünvanlı sosial yardım, maddi yardım, müalicə olunmasına köməklik göstərilməsi ilə bağlı müraciət etmişdir. 

2025-ci ilin may ayında Qazax şəhəri Bakı 1,2,2A, Məzəm, Kosalar, Qarapapaq kəndləri üzrə 4 səyyar görüş keçirilmişdir. Keçirilən səyyar görüşlərdə 497 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 9 məsələ qaldırılmışdır. 

Ümumilikdə, 2025-ci ilin yanvar-may aylarında Qazax şəhəri Zeynalabdin Tağıyev, Səməd Vurğun, Mehdi Hüseyn, Aslan Kəmərli, Məhəmməd Əmin Rəsulzadə, Bakı küçələri, Bakı 1,2,2A, Nəriman Nərimanov yaşayış massivi, Ürkməzli, Alpout, Xanlıqlar, KəmərliQuşçu Ayrım, Cəfərli, Qaymaqlı, Bala Çaylı, Yuxarı Salahlı, Qazaxbəyli, Fərəhli, Məzəm, Kosalar, Qarapapaq kəndləri üzrə 20 səyyar görüş keçirilmişdir. Keçirilən səyyar görüşlərdə 2157 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 44 məsələ qaldırılmışdır. 

Görüşlər zamanı s

Səyyar qəbullarda vətəndaşlar əsasən elektrik məsələsi (elektrik enerjisi ilə təchizat, elektrik dayaqlarının dəyişdirilməsi və s.), suvarma suyu (sahilbərkitmə işlərinin aparılması, subartezian quyusunun qazılması (balansa verilməsi), suvarma arxlarının beton üzlüyə alınması və s.), avtomobil yolunun təmiri (əsaslı təmiri, asfaltlanması), təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin tikintisi, təmiri, içməli su və kanalizasiya məsələləri, qaz təchizatı ilə bağlı müraciət etmişdir. 

İstər keçirilən fərdi və ümumi qəbullar, istərsə də səyyar görüşlər zamanı səslənən müraciətlərdən bir qismi həll olunmuş, bir qismi icraata götürülmüş, bir qismi ilə əlaqədar aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edilmişdir. 

Səyyar qəbullarda İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, digər rəhbər şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallar iştirak edib. 

Məlumat üçün qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında keçirilən fərdi və ümumi qəbullarda 485 nəfər vətəndaş tərəfindən 517 məsələ qaldırılmışdır. 2024-cü ilin yanvar-dekabr aylarında Qazax şəhəri və rayonun kəndləri üzrə 46 səyyar görüş olub. Ümumilikdə, şəhər və rayonun kəndlərində keçirilən səyyar görüşlərdə 5059 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 110 məsələ qaldırılmışdır. 

Fərdi şəkildə keçirilmiş qəbuldan

Ümumi şəkildə keçirilmiş qəbuldan

Məzəm kəndində keçirilmiş səyyar qəbuldan

Kosalar kəndində keçirilmiş səyyar qəbuldan

Qarapapaq kəndində keçirilmiş səyyar qəbuldan

Bakı küçəsi 1,2,2A saylı binalarda yaşayan sakinlərlə keçirilmiş səyyar qəbuldan



Facebook-da paylaş