Qazaxda vətəndaş qəbulları diqqətdə saxlanılır - FOTOLAR
Ölkə Prezidenti İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqət mərkəzindədir.
Vətəndaş məmnunluğunun təmin olunması məqsədilə rayonun bütün yaşayış məntəqələrində, rayon icra hakimiyyətinin və xidmət sahələrinin məsul əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştirakı ilə görüşlər keçirilir. Müraciətlər dinlənilir, problem və təkliflər, sosial qayğılar yerində öyrənilir, araşdırılması və həlli nəzarətə götürülür.
Onu da vurğulayaq ki, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakimiyyətinin inzibati binasında və yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir.
Keçirilən qəbullardan sonra rayon İcra Hakimiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları tərəfindən, qəbullar zamanı edilən müraciətlər, vətəndaşların iştirakı ilə yerində araşdırılır, mövcud problemlərin həlli istiqamətində müvafiq əməli tədbirlər həyata keçirilir.
2025-ci ilin aprel ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının yerlərdə 4 səyyar görüşü, inzibati binada 9 qəbulu (6-sı fərdi, 3-ü ümumi olmaqla) təşkil olunub. Ümumi qəbulda 14 nəfərin, fərdi qəbulda 25 nəfərin müxtəlif məzmunlu müraciətləri dinlənilmişdir. Aprel ayı ərzində fərdi və ümumi qəbula gələn 39 nəfər tərəfindən 41 məsələ qaldırılmışdır. Ümumilikdə, yanvar-aprel ayı ərzində fərdi və ümumi qəbula gələn 149 nəfər tərəfindən 155 məsələ dinlənilmişdir. Qəbul zamanı vətəndaşlar əsasən işlə təmin olunmasına, mənzil, sığınacaq, torpaq, əlillik dərəcəsinin təyini və ünvanlı sosial yardım, maddi yardım, müalicə olunmasına köməklik göstərilməsi ilə bağlı müraciət etmişdir.
2025-ci ilin aprel ayında Bala Çaylı, Yuxarı Salahlı, Qazaxbəyli, Fərəhli üzrə 4 səyyar görüş keçirilmişdir. Keçirilən səyyar görüşlərdə 405 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 9 məsələ qaldırılmışdır. Ümumilikdə, 2025-ci ilin yanvar-aprel aylarında Qazax şəhəri Zeynalabdin Tağıyev, Səməd Vurğun, Mehdi Hüseyn, Aslan Kəmərli, Məhəmməd Əmin Rəsulzadə, Bakı küçələri, Nəriman Nərimanov yaşayış massivi, Ürkməzli, Alpout, Xanlıqlar, Kəmərli, Quşçu Ayrım, Cəfərli, Qaymaqlı, Bala Çaylı, Yuxarı Salahlı, Qazaxbəyli, Fərəhli kəndləri üzrə 16 səyyar görüş keçirilmişdir. Keçirilən səyyar görüşlərdə 1660 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 35 məsələ qaldırılmışdır.
Səyyar qəbullarda vətəndaşlar əsasən elektrik məsələsi (elektrik enerjisi ilə təchizat, elektrik dayaqlarının dəyişdirilməsi və s.), suvarma suyu (sahilbərkitmə işlərinin aparılması, subartezian quyusunun qazılması (balansa verilməsi), suvarma arxlarının beton üzlüyə alınması və s.), avtomobil yolunun təmiri (əsaslı təmiri, asfaltlanması), təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin tikintisi, təmiri, içməli su və kanalizasiya məsələləri, qaz təchizatı ilə bağlı müraciət etmişdir.
İstər keçirilən fərdi və ümumi qəbullar, istərsə də səyyar görüşlər zamanı səslənən müraciətlərdən bir qismi həll olunmuş, bir qismi icraata götürülmüş, bir qismi ilə əlaqədar aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına müraciət edilmişdir.
Səyyar qəbullarda İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, digər rəhbər şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallar iştirak edib.
Məlumat üçün qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında keçirilən fərdi və ümumi qəbullarda 485 nəfər vətəndaş tərəfindən 517 məsələ qaldırılmışdır. 2024-cü ilin yanvar-dekabr aylarında Qazax şəhəri və rayonun kəndləri üzrə 46 səyyar görüş olub. Ümumilikdə, şəhər və rayonun kəndlərində keçirilən səyyar görüşlərdə 5059 nəfər vətəndaş iştirak etmişdir. Sözügedən görüşlərdə 110 məsələ qaldırılmışdır.
Fərdi şəkildə keçirilmiş qəbuldan
Ümumi şəkildə keçirilmiş qəbuldan
Bala Çaylı kəndində keçirilmiş səyyar qəbuldan
Yuxarı Salahlı kəndində keçirilmiş səyyar qəbuldan
Qazaxbəyli kəndində keçirilmiş səyyar qəbuldan
Fərəhli kəndində keçirilmiş səyyar qəbuldan
Facebook-da paylaş