• Təqvim

  • Unutma

  • Maraq



“Birinci Şıxlı” Kəndli Fermer Təsərrüfatında kartof yığımı uğurla davam edir

“Birinci Şıxlı” Kəndli Fermer Təsərrüfatında kartof yığımı uğurla davam edir
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da təsərrüfatın məhsuladar dövrüdür. Hazırda rayonda kartof yığımı və tütün dərimi uğurla davam edir. Fermerlər çəkdikləri əziyyətin bəhrəsini götürməklə məşğuldurlar.

Yaradılmasından 2 il keçməsinə baxmayaraq yüksək göstəriciləri ilə kənd təsərrüfatına böyük töhfələr verən “Birinci Şıxlı” Kəndli Fermer Təsərrüfatında da kartof yığımına başlanılıb. Bu il təsərrüfat üzrə 200 hektar sahədə 5 növ – “Melodia”, “Orkestr”, “Aqri”, “Nataşa”, “Marabel” sortları əkilib ki, texnikalar vasitəsilə faraş sortların yığılması sürətlə davam edir.

Kartof yığımı barədə GOYEZEN.AZ saytına məlumat verən təsərrüfatın direktoru Tərlan Hüseynov ikinci ildir ki, kartof əkdiklərini bildirib.

Qeyd edib ki, hazırda kartof sahələrində qızğın iş gedir və sahələrdən “Melodia” sortu yığılır. Hər hektardan 35-45 tona yaxın məhsul toplanması nəzərdə tutulmuşdur.

Gündəlik sahədə çalışan insanların sayı hazırda 70-80 nəfər təşkil edir. Sahədə çalışan bir kənd sakini ay ərzində təxminən 300-400 manat əmək haqqı alır. Bir ailədən 2-3 nəfərin çalışdığını nəzərə aldıqda isə bu rəqəm 900-1000 manat civarında olur.

Təsərrüfatın rəhbəri qeyd edib ki, gələcəkdə kartof sahələrini daha da genişləndirəcəyik. Prezident İlham Əliyevin əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, həmçinin yeni iş yerlərinin yaradılması, ixracın artırılması ilə bağlı verdiyi tapşırıq və tövsiyələrin reallaşdırılması üçün böyük səylə çalışırıq.

Məlumat üçün qeyd edək ki, təsərrüfatda kartofçuluqla bərabər tütün də becərilir.

“Birinci Şıxlı” Kəndli Fermer Təsərrüfatında kartof yığımı uğurla davam edir
“Birinci Şıxlı” Kəndli Fermer Təsərrüfatında kartof yığımı uğurla davam edir
“Birinci Şıxlı” Kəndli Fermer Təsərrüfatında kartof yığımı uğurla davam edir
“Birinci Şıxlı” Kəndli Fermer Təsərrüfatında kartof yığımı uğurla davam edir
“Birinci Şıxlı” Kəndli Fermer Təsərrüfatında kartof yığımı uğurla davam edir


Facebook-da paylaş