• Təqvim

  • Maraq



Qazaxda kartof yığımına başlanılıb

Qazaxda kartof yığımına başlanılıb
İkinci çörək sayılan kartof dəyərli ərzaq məhsulu kimi bitkiçilikdə mühüm yer tutur. Qazax rayonunda kənd təsərrüfatının başqa sahələrində olduğu kimi, kartofçuluqda da nümunəvi işlər görülüb.

Ötən il 809,1 hektarda kartof becərən sakinlər bu sahənin gəlirli olduğunu nəzərə alaraq bu il əkin sahələrini daha da genişləndiriblər. Bu il 1086 hektar sahədə kartof əkiblər. Bu da ötən illə müqayisədə 276,9 hektar çoxdur.

Təhlükəli zərərvericilərə qarşı vaxtında aparılan kimyəvi mübarizə tədbirləri nəticəsində fermerlər kartof əkilmiş sahələrdə bol məhsul yetişdiriblər. Bu günlər isə rayonda kartofçuluqla məşğul olan zəhmət adamlarının işləri daha çoxdur. Onlar becərdikləri sahələrdə yetişdirdikləri məhsulu yığmaqla məşğuldurlar. Əmək adamlarının aylardan bəri çəkdikləri zəhmət hədər getməyib. Hazırda sahələrdən bol məhsul yığılır.

Qazaxda kartof yığımına başlanılıb
Qazaxda kartof yığımına başlanılıb
Qazaxda kartof yığımına başlanılıb
Qazaxda kartof yığımına başlanılıb
Qazaxda kartof yığımına başlanılıb
GOYEZEN.AZ


Facebook-da paylaş