• Təqvim

  • Maraq



15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş yeniyetmələr arasında kross qaçışı üzrə yarış keçirilib


İyunun 13-də Qazax Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş yeniyetmələr arasında kross qaçışı üzrə yarış keçirilib.

Qazax Olimpiya İdman Kompleksində keçirilən yarışda ümumilikdə 38 nəfər iştirak edib.

Yarışda   Həsənli Cəfər Hamlet oğlu I yeri, Fərzəliyev Hüseyn Amil oğlu II yeri, Mansurov Həsən Vüqar oğlu isə III yeri tutub.

Yarışda I, II, III yerləri tutmuş idmançılar Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif olunublar.





Facebook-da paylaş