• Təqvim

  • Unutma

  • Maraq



Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş veloyürüş keçirilib


Mayın 12-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, Qazax Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş veloyürüş keçirilib.

Yürüşdən əvvəl Qazax Rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi və yürüş iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. 


Veloyürüşə şəhərin Heydər Əliyev prospektindən Dədə Qorqud heykəlinin yanından start verilib. İştirakçıların veloyürüşü Heydər Əliyev adına parka qədər davam edib.



Facebook-da paylaş