• Təqvim

  • Maraq



Qazaxda "İdman həftəsi" çərçivəsində ağır atletika idman növü üzrə ustad dərsi keçirilib


Martın 2-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Tədbirlər Planına uyğun olaraq "İdman həftəsi" çərçivəsində 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş ağır atletika idman növü üzrə ustad dərsi keçirilib. 

Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin idman zalında təşkil olunmuş ustad dərslərində ümumilikdə 30 şagird iştirak edib.

Dərslər ağır atletika idman növü üzrə Uşaq Gənclər İdman Məktəbinin məşqçi müəllimi, gənclər arasında Respublika birincisi Sərxan Qasımlı tərəfindən keçirilib. Tədbir zamanı şagirdlərə ağır atletika idman növü haqqında geniş məlumat verilib,   sağlam həyat tərzi ilə bağlı maarifləndirici söhbətlər aparılıb.



Facebook-da paylaş