• Təqvim

  • Maraq



İdman həftəsi çərçivəsində məktəblilər arasında viktorina keçirilib


Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Bədən Tərbiyəsi və İdman həftəsi (27 fevral- 5 mart) çərçivəsində silsilə tədbirlər keçirilir. 

Martın 1-də Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdləri arasında viktorina keçirilib. 

Viktorina Azərbaycan və rus bölmələrində aparılmış, 2 sinifdən ümumilikdə 53 nəfər şagird iştirak edib.

Şagirdlərə Gənclər və İdman Nazirliyi tərəfindən tərtib edilmiş 50 sual ünvanlanıb. Viktorinada 2 sinifdən ən çox suala cavab verən 6 şagird 1-ci, 2-ci, 3-cü yerləri tutublar. Qaliblər nazirlik tərəfindən mükafatlandırılıblar.



Facebook-da paylaş