• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş oğlan və qızlar arasında cüdo üzrə açıq birinciliyi keçirilib


Yanvarın 29-da 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin oğlan və qızlar arasında cüdo üzrə açıq birinciliyi keçirilib.

Qazax Olimpiya İdman Kompleksində keçirilən yarışda qalib adı uğrunda Qazax, Tovuz və Mingəçevir şəhərlərindən 68 nəfər idmançı mübarizə aparıb. 

Yarışın açılışında Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini, SSRİ idman ustası, Əməkdar məşqçi Sahib Namazov, Uşaq Gənclər İdman Məktəbinin məşqçi-müəllimi, SSRİ idman ustası, Əməkdar məşqçi Müşfiq Eyyubov yarış iştirakçılarını qarşıdan gələn 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edərək, yarış iştirakçılarına uğurlar arzulayıblar. 

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda birinci, ikinci və üçüncü yerləri tutmuş idmançılar təşkilatçılar tərəfindən müvafiq diplom və medallarla mükafatlandırılıblar.



Facebook-da paylaş