• Təqvim

  • Unutma

  • Maraq



17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş yeniyetmələr arasında kross qaçışı üzrə turnir keçirilib


Noyabrın 17-də Qazax Olimpiya İdman Kompleksində 17 Noyabr - Milli Dirçəliş Gününə həsr olunmuş yeniyetmələr arasında kross qaçışı üzrə turnir keçirilib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda 2000 metr məsafəyə kross qaçışında İsmayılov Allahverən Fazil oğlu I yeri, Nuriyev Nurlan Səxavət oğlu II yeri, Abdullayev Səhrab Rövşən oğlu isə III yeri tutublar.

Qaliblər Qazax Rayon Gənclər və İdman İdarəsinin müvafiq diplomları ilə mükafatlandırılıblar.

Yarışda ümumilikdə 20 nəfər idmançı iştirak edib.

GOYEZEN.AZ



Facebook-da paylaş