• Təqvim

  • Maraq



8 Noyabr - Zəfər Gününə həsr olunmuş şahmat üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib


6-8 noyabr tarixlərində Qazax Rayon Gənclər və İdman İdarəsinin və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Təhsil Sektorunun nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş şahmat üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib.

Qazax Şahmat Mərkəzində keçirilən yarışda 18 nəfər idmançı iştirak edib. 

Yarışın yekun nəticələrinə əsasən qızlar arasında birinci yeri Məmmədli Aylin Elnur qızı, ikinci yeri Bəkirli Sevda Nadir qızı, üçüncü yeri Oruclu Aylin Əfsun qızı, oğlanlar arasında birinci yeri Məmmədli Emin Elnur oğlu, ikinci yeri Carçılı Hidayət İslam oğlu, üçüncü yeri Yusubov Məcid Kamran oğlu tutub.

Yarışın mükafatlandırma mərasimində Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Qazax Rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru Nizami Hüseynov çıxış edərək 8 Noyabr - Zəfər Gününün Azərbaycan tarixində qürurverici bir gün olduğunu, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını, bu cür yarışların keçirilməsində məqsədin 8 Noyabr - Zəfər Gününün qeyd olunması, rayonda şahmat idman növünün inkişaf etdirilməsi və yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirməkdən ibarət olduğunu bildirərək yarış iştirakçılarına uğurlar arzulayıblar. 

Yarışda I,II,III yerləri tutmuş idmançılar Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplom və medallarla təltif olunublar. 

GOYEZEN.AZ



Facebook-da paylaş