• Təqvim

  • Maraq



8 Noyabr - Zəfər Gününə həsr olunmuş mini futbol üzrə rayon birinciliyi keçirilib


5-6 noyabr tarixlərində Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Təhsil Sektorunun nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş mini futbol üzrə yeniyetmə oğlanlar arasında rayon birinciliyi keçirilib. 

Qazax şəhər stadionunda təşkil olunmuş yarışda 60 nəfər idmançı iştirak edib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda I yeri UGİŞM Qazax-1, II yeri UGİŞM Kosalar-1, III yeri isə UGİŞM Kosalar-2 komandası tutub. 

Yarışda I, II, III yerləri tutan komandalar və komandaların üzvləri Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlarla təltif olunublar.

GOYEZEN.AZ



Facebook-da paylaş