• Təqvim

  • Maraq



Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş ağır atletika üzrə yeniyetmə oğlanlar arasında rayon birinciliyi keçirilib


Oktyabrın 30-da Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən Qazax Olimpiya İdman Kompleksində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş ağır atletika üzrə yeniyetmə oğlanlar arasında rayon birinciliyi keçirilib.

Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi və Qazax Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda qalib adı uğrunda 45 nəfər idmançı mübarizə aparıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda birinci, ikinci və üçüncü yerləri tutmuş idmançılar Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplom və medallarla təltif olunublar. 

GOYEZEN.AZ



Facebook-da paylaş