• Təqvim

  • Maraq



Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş sərbəst güləş üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib


Oktyabrın 29-da Qazax Olimpiya İdman Kompleksində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş sərbəst güləş üzrə 2006-2007-ci il təvəllüdlü yeniyetmələr arasında Qazax rayon birinciliyi keçirilib. 

Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi və Qazax Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda qalib adı uğrunda 74 nəfər idmançı mübarizə aparıb.

Yarışın açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov, Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin direktoru Rəhim Namazov çıxış edərək Şəhidlik zirvəsinin müqəddəsliyindən söz açıblar. Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını, bu cür yarışların keçirilməsində əsas məqsədin 8 Noyabr - Zəfər Gününün qeyd olunması, rayonda sərbəst güləş idman növünün inkişaf etdirilməsi və yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirməkdən ibarət olduğunu bildirərək yarış iştirakçılarına uğurlar arzulayıblar. 

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda birinci, ikinci və üçüncü yerləri tutmuş idmançılar Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplom və medallarla təltif olunublar.

 

GOYEZEN.AZ



Facebook-da paylaş