• Təqvim

  • Maraq



“Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi – 30 il” adı altında tədbir keçirilib


Oktyabrın 28-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən Qazax Olimpiya İdman Kompleksində “Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi – 30 il” adı altında tədbir keçirilib. 

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sahib Namazov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, tədbir haqqında iştirakçılara məlumat verib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmana və idmançılara hər zaman yüksək diqqət və qayğı göstərildiyini söyləyib.

Tədbirdə Qazax Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin sərbəst güləş üzrə baş məşqçi müəllimi Müşviq Eyyubov, sərbəst güləş üzrə məşqçi müəllim Məzahir Kərimov mövzu ətrafında çıxış ediblər.


GOYEZEN.AZ



Facebook-da paylaş