• Təqvim

  • Maraq



Qazaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş mini futbol üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib


Oktyabrın 28-də Qazax Rayon Gənclər və İdman İdarəsi tərəfindən 8 Noyabr - Zəfər Gününə həsr olunmuş mini futbol üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib. 

Qazax Olimpiya İdman Kompleksində keçirilən yarışda ümumilikdə 66 nəfər idmançı iştirak edib.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda “Kollec 1” komandası I yeri, “Mübariz” komandası II yeri, “Qazax Gənclər” futbol klubu III yeri tutub.

Yarışda I yeri tutmuş komanda kubokla, I, II və III yeri tutmuş komanda və komanda üzvləri Qazax Rayon Gənclər və İdman İdarəsinin müvafiq diplom və medalları ilə təltif olunublar.

GOYEZEN.AZ



Facebook-da paylaş