• Təqvim

  • Maraq



8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib


Oktyabrın 26-da Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax Dövlət Sosial-İqtisadi Kollecin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Marş irəli” devizi altında “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib. 

Qazax Olimpiya İdman Kompleksində keçirilən yarışda 30 nəfər idmançı iştirak edb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda 2000 metr məsafəyə kross qaçışında I yeri Əliyev Süleyman Zamir oğlu, II yeri Mustafayev İmran Kamran oğlu, III yeri Rəcəbov Əfqan Nurbala oğlu, turnikdə I yeri Məmmədov Aqşin Ariz oğlu, II yeri Əliyev Süleyman Zamir oğlu, III yeri isə Rzayev Asəf Yasin oğlu tutub.

Qaliblər Qazax Rayon Gənclər və İdman İdarəsinin müvafiq diplom və medallarla təltif olunublar.

GOYEZEN.AZ



Facebook-da paylaş