• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda yeniyetmələr arasında sərbəst güləş üzrə rayon turniri keçirilib


Dekabrın 25-də Qazax Rayon Gənclər və İdman İdarəsinin 2021-ci ilin ikinci yarımilliyi üçün təsdiqlənmiş tədbirlər planına uyğun olaraq, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş sərbəst güləş üzrə rayon turniri keçirilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq keçirilən yarışda 2005-2006-cı il təvəllüdlü yeniyetmələr iştirak ediblər.

Hüseynbəyli kənd güləş zalında keçirilən yarışda qalib adı uğrunda 57 nəfər idmançı qüvvəsini sınayıb.

I,II,III yerləri tutmuş idmançılar Qazax Rayon Gənclər və İdman İdarəsinin müvafiq Diplom və medalları ilə təltif olunublar.



 

GOYEZEN.AZ



Facebook-da paylaş