Qazaxda 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş şahmat idman növü üzrə turnir təşkil olunub
Bu gün Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin
təşkilatçılığı və Uşaq Gənclər İdman Şahmat Məktəbinin dəstəyi ilə 18 oktyabr -
Dövlət Müstəqilliyi Gününə həsr olunmuş yeniyetmələr və gənclər arasında şahmat
idman növü üzrə turnir təşkil olunub. Qazax Şahmat Mərkəzində reallaşan
yarışda ümumilikdə 16 şahmatçı öz intellektini sınayıb. Olimpiya sistemi ilə keçirilən
turnirin nəticələrinə görə İsmayılov
Turan İsmayıl oğlu qalib adını qazanıb. İsgəndərov Ramal Rafiq oğlu II,
Hüseynova Firəngiz İlham qızı isə III yerlərlə kifayətləniblər. Qalib və mükafatçılar Qazax GİKM
tərəfindən müvafiq diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
GOYEZEN.AZ
Facebook-da paylaş