“Göyəzən” Peşəkar Futbol Klubundan növbəti qələbə
Aprelin 27-də AFFA Region Liqasının 1/8 final mərhələsinin oyunu baş tutub.
1/8 final oyununda “Göyəzən” Peşəkar Futbol Klubu ilə “Biləsuvar” Futbol Klubu qarşılaşıb.
Saat 16:00-da Qazax şəhər stadionunda keçirilən oyunu futbol sevərlər, gənclər, ictimaiyyət nümayəndələri izləyib.
Əsas vaxtda oyun 2-2 hesabla bitib. Oyun sonrası penaltilərdə 4-2 hesabla “Göyəzən” Peşəkar Futbol Klubu qalib gəlib, 1/4 finalda oynamaq şansı qazanıb.
Məlumat üçün qeyd edək ki, 1/8 finala kimi “Göyəzən” Peşəkar Futbol Klubu 4 oyun keçirib. 3 oyunu qələbə, 1 oyunu isə heç-heçə ilə başa vurub. Həmin oyunlar Qax 0-Göyəzən 4, Göyəzən 2 – Goranboy 0, Göyəzən 3 – Gəncə 1, Göyəzən 0 – Naftalan 0 nəticə ilə yekunlaşıb.
Facebook-da paylaş