• Təqvim

  • Maraq



Keçirilən görüşlərdə gənclərin arzu və istəkləri dinlənilir


Ötən yazılarımızda xəbər verdiyimiz kimi, Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri Qazax rayonunun kəndlərində yaşayan gənclərlə görüşlər keçirirlər. Görüşlərin keçirilməsində isə əsas məqsəd gənclərin problemlərinin öyrənilməsi və aradan qaldırılması, arzu və istəklərini dinləmək, həlli istiqamətində lazımi addımlar atmaqdır.

Məlumat üçün qeyd edək ki, bu günə kimi, keçirilən görüşlərdə ümumilikdə 500 nəfərə yaxın gənc və yeniyetmə iştirak edib. Birinci Şıxlı kəndi üzrə 3, Kəmərli kəndi üzrə 5, Qaymaqlı kəndi üzrə 7, Aslanbəyli kəndi üzrə 1, Yuxarı Salahlı kəndi üzrə 15, Aşağı Salahlı kəndi üzrə 4, Orta Salahlı - Qazaxbəyli kəndləri üzrə 5, Daş Salahlı kəndi üzrə 3, Çaylı - Bala Çaylı kəndləri üzrə 4, Ürkməzli - Dəmirçilər kəndləri üzrə 7 olmaqla, ümumilikdə 54 təklif irəli sürülmüşdür.

Növbəti görüşlər noyabrın 20-də Quşçu Ayrım - Məzəm, Fərəhli, Alpout - Abbasbəyli, Kosalar, Canalı və Hüseynbəyli kəndlərində təşkil olunub. 

Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Hüquq şöbəsində məsləhətçi Aqil Alıcanovun, Məşvərət Şurasının sədri Pəri İbrahimovanın və şura gənclərinin iştirakı ilə keçirilən bugünkü görüşlərdə də gənclərin arzu və istəkləri, onları maraqlandıran məsələlər öyrənilib.

Bugünkü görüşlərdə ümumilikdə 186 nəfər gənc iştirak edib. Quşçu Ayrım kəndi üzrə 6, Fərəhli kəndi üzrə 2, Alpout - Abbasbəyli kəndləri üzrə 6, Kosalar kəndi üzrə 9, Canalı kəndi üzrə 3, Hüseynbəyli kəndi üzrə isə 4 təklif olmaqla, ümumilikdə 30 təklif irəli sürülmüşdür.

Görüşlərdə öncə Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə gənc və yeniyetmələrə göstərilən qayğının dövlət siyasətinin tərkib hissəsi olduğu, həyata keçirilən bütün işlərin arxasında sağlam ruhlu gənclər yetişdirməyin dayandığı diqqətə çatdırılıb. Gələcəyimiz olan gənclərlə bağlı yürüdülən dövlət siyasətinin Qazax rayonunda da nümunə götürüldüyü qeyd edilib. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən bu sahəni daim diqqətdə saxladığı, rayonda bilikli, savadlı, dövlətə, dövlətçiliyə sadiq, cəmiyyətdə öz mövqeyi olan gənclər ordusunun yetişdirilməsi istiqamətində məqsədyönlü işlər görüldüyü, mütəmadi olaraq gənclərlə görüşlər keçirildiyi vurğulanıb. Bu gün Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının təşəbbüsü ilə keçirilən görüşlərin də bu məqsədi daşıdığı qeyd edilib.

Görüşlərdə iştirak edən gənclər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşləri dövlət qayğısının bariz nümunəsi kimi qiymətləndiriblər.

Quşçu Ayrım-Məzəm kəndlərində keçirilən görüş


Alpout-Abbasbəyli kəndlərində keçirilən görüş

Fərəhli kəndində keçirilən görüş

Kosalar kəndində keçirilən görüş


Canalı kəndində keçirilən görüş

Hüseynbəyli kəndində keçirilən görüş

 



Facebook-da paylaş