• Təqvim

  • Maraq



"Payız kuboku" intellektual turniri layihəsi çərçivəsində keçirilən bilik yarışı başa çatıb


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə "Payız kuboku" intellektual turniri layihəsi çərçivəsində keçirilən bilik yarışı başa çatıb. 

Qazax Gənclər Evində "Nə? Harada? Nə zaman?" formatında keçirilən intellektual turnirin final mərhələsində 4 komanda iştirak edib. 20 gəncin mübarizə apardığı yarışda 20 sual səsləndirilib. 

Nəticələrə əsasən, müstəqil "Likantropiya" komandası 13 suala düzgün cavab verərək I yeri tutub və "Payız kuboku"na sahib çıxıb. 

Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin "Viktoriya" komandası 11 xalla II, Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin "Vurğun" komandası isə 10 xalla III pillədə yer alıb. 

Qalib komanda kubokla, ilk 3 yeri tutan komandaların üzvləri diplom və medallarla təltif olunublar. 

Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyi və "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi layihənin tərəfdaşı qismində çıxış edib.



Facebook-da paylaş