27 Sentyabr - Anım Gününə həsr olunmuş intellektual turnir keçirilib
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün - 27 sentyabrın Anım Günü kimi qeyd edilməsi qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Artıq 3 ildir ki, 27 Sentyabr - Anım Günü ölkəmizin hər yerində, eləcə də ölkə hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunur.
27 Sentyabr - Anım Gününə həsr olunmuş intellektual turnir keçirilib.
Öncə cəmi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. "Nə? Harada? Nə zaman?" formatında reallaşan bilik yarışında 19 komandanın tərkibində 95 nəfər gənc iştirak edib.
Qazax Gənclər Evində baş tutan intellektual turnirdə 20 sual səsləndirilib. Yekun nəticələrə əsasən ən çox suala düzgün cavab verən müstəqil "Likantropiya" komandası yarışın qalibi olub. Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin "Dəli Kür" komandası II, müstəqil "İnterstaller" komandası isə III yeri tutub.
İlk üç yeri tutan komandaların üzvləri diplomlarla təltif olunublar. Qalib komandaya qiymətli hədiyyələr təqdim edilib.
Qeyd edək ki, intellektual turnir "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax-Tovuz regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Facebook-da paylaş