• Təqvim

  • Unutma

  • Maraq



Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yeniyetmələr və gənclər arasında rəsm müsabiqəsi keçirilib


Mayın 10-da "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş yeniyetmələr və gənclər arasında rəsm müsabiqəsi keçirilib.

Əsgərova Zümriyyə Şaədət qızı müsabiqədə 1-ci yer tutub. Məmmədova Xalidə Elvin qızı müsabiqənin ikincisi, Cahangirli Aliyə Fuad qızı isə üçüncüsü olub. 

Müsabiqədə I, II və III yerləri tutan iştirakçılara Qazax Gənclər Evi tərəfindən hədiyyə və diplom təqdim edilib. Müsabiqədə iştirak edən digər iştirakçılara isə sertifikat verilib.



Facebook-da paylaş