• Təqvim

  • Maraq



"Heydər Əliyev Azərbaycanda dövlət-din modelinin yaradıcısıdır" mövzusunda tədbir keçirilib


Mayın 6-da Qazax Rayon İcra Hakimiyyətinin, "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev Azərbaycanda dövlət-din modelinin yaradıcısıdır" mövzusunda tədbir keçirilib.

“Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov, Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Eşqin Allahverənov, gənclər iştirak ediblər.


Qazax Gənclər Evinin direktoru Vüsal Hüseynov tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, çıxışında milli-mənəvi, dini dəyərlərimizə qayıdış və dəyərlərin təbliği, inkişafında Ümummilli Lider Heydər Əliyevin rolundan, tolerant və multikultural ənənələrə verdiyi önəmdən bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın-Azərbaycançılığın təşəkkül və inkişafında müstəsna rol oynayıb.


Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov, Aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi Sahib Namazov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Eşqin Allahverənov çıxış edərək bildiriblər ki, məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu siyasət nəticəsində dövlət-din münasibətlərində həssas nəzarətlə bərabər, ölkədə etiqad azadlığı üçün şərait yaradıldı, dini dəyərlərə, ibadət yerlərinə və din adamlarına xüsusi qayğı göstərilməyə başlanıldı. Müstəqil dövlətin ilk milli Konstitusiyasında dini etiqad azadlığı, vicdan azadlığı tam şəkildə təmin edildi, dünyəvilik prinsipi dövlət-din modelinin əsası kimi müəyyənləşdi.

Müəssisənin fəal könüllüsü Şücaət Mahmudova çıxış edib, gənclər mövzu ətrafında öz fikirlərini bölüşüb, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.



Facebook-da paylaş