• Təqvim

  • Unutma

  • Maraq



"Gənc zəkalar" adlı intellektual turnir keçirilib


Qazax Gənclər Evində "Nə? Harada? Nə zaman?" formatında "Gənc zəkalar" adlı intellektual turnir keçirilib.

28 komandanın tərkibində 140 gəncin iştirak etdiyi bilik yarışında ümumilikdə 24 sual səsləndirilib.

Nəticələrə əsasən, suallara ən çox düzgün cavab verən müstəqil "GFG" komandası intellektual turnirin qalibi olub. Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin "Barbarossa" komandası II, müstəqil "Alpha Impact" komandası isə III yeri tutub.

Qalib və mükafatçı komandaların üzvləri müvafiq diplomlarla təltif olunublar. I pillənin sahibi olan komandaya qiymətli hədiyyələr də təqdim edilib.

Qeyd edək ki, intellektual turnir "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.



Facebook-da paylaş