• Təqvim

  • Maraq



Nə? Harada? Nə zaman?" formatında "İntellekt savaşı" adlı intellektual turnir keçirilib


Qazax Gənclər Evində "Nə? Harada? Nə zaman?" formatında "İntellekt savaşı" adlı intellektual turnir keçirilib. 

17 komandanın tərkibində 85 gəncin iştirak etdiyi bilik yarışında ümumilikdə 24 sual səsləndirilib.

Nəticələrə əsasən, suallara ən çox düzgün cavab verən "GFG" komandası intellektual turnirin qalibi olub. "Likantropiya" komandası II, "Alpha Impact" komandası isə III yeri tutub. 

Qalib və mükafatçı komandaların üzvləri müvafiq diplomlarla təltif olunublar. 

Qeyd edək ki, intellektual turnir Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi, "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektoru və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.



Facebook-da paylaş