• Təqvim

  • Maraq



"Ulu Öndər Heydər Əliyevin gənclərin yaddaşında izi" mövzusunda tədbir keçirilib


“Heydər Əliyev İli” çərçivəsində aprelin 20-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Ulu Öndər Heydər Əliyevin gənclərin yaddaşında izi" mövzusunda tədbir keçirilib. 

Tədbir Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını qurban vermiş cəmi şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 


Qazax Gənclər Evinin direktoru Vüsal Hüseynov tədbir iştirakçılarını salamlayıb, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə rəhbərliyi tərəfindən uğurla həyata keçirilən gənclər siyasəti barədə ətraflı məlumat verib. Həmçinin, qeyd edib ki, həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, əsasən gənclərdən ibarət olan müzəffər ordumuz 44 günlük Vətən müharibəsində igidlik, şücaət göstərərək tarixi torpaqlarımızı düşməndən azad etdi. 

Daha sonra Qazax Gənclər Evinin könüllüsü Nigar Mahmudova çıxış edərək gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin rolundan danışaraq, Azərbaycan gənclərinin hərtərəfli inkişafına nail olmaq məqsədilə həyata keçirilmiş islahatlarda Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərini xüsusilə vurğulayıb.



Facebook-da paylaş