• Təqvim

  • Maraq



"Sağlam qidalanma" mövzusunda tədbir keçirilib


Aprelin 4-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Sağlam qidalanma" mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə “Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin metodisti Şəbnəm Kazımova açaraq qeyd edib ki, tədbirin keçirilməsində məqsəd insanları, xüsusilə də yeniyetmə və gəncləri qeyri-sağlam qidalanma nəticəsində yaranan xəstəliklərdən, ölümlərdən xilas etmək və onlarla mübarizə imkanlarının mümkünlüyü, sağlam qidalanma və düzgün həyat tərzi ilə əlaqədar olaraq ətraflı şəkildə maarifləndirməkdən ibarətdir. Ş.Kazımova çıxışı zamanı düzgün qidalanma qaydaları, az qidalanmanın və həddindən artıq qidalanmanın orqanizimdə yaratdığı xəstəliklər barədə məlumat verib.

Gəncləri maraqlandıran suallar cavablandırılıb.



Facebook-da paylaş