• Təqvim

  • Maraq



"Gəncdən-gəncə" silsilə fəaliyyətləri davam edir


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyində "Gəncdən-gəncə" silsilə fəaliyyətləri davam edir.  

Bu dəfə mərkəzin fəal gənci, Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi Nuridə Qasımova Dünya Autizm Məlumatlandırma Günü ilə bağlı təqdimatını həmyaşıdları ilə bölüşüb.

Təqdimat aşağıdakı başlıqları əhatə edib: 

 - Autizm nədir?; 

 - Autizmin əlamətləri; 

 - Autizmin səbəbləri;

 - Autizmin müalicəsi; 

 - Autizm əngəl yox, fərqlilikdir. 

Diskussiya şəraitində keçən fəaliyyətdə gənclərin mövzu ilə əlaqədar sualları cavablandırılıb.




Facebook-da paylaş