• Təqvim

  • Maraq



"Novruz sevinci" adlı intellektual turnir keçirilib


Qazax Gənclər Evində "Nə? Harada? Nə zaman?" formatında "Novruz sevinci" adlı intellektual turnir keçirilib. 

26 komandanın tərkibində 130 gənc iştirak etdiyi bilik yarışında ümumilikdə 24 sual səsləndirilib.

Nəticələrə əsasən, suallara ən çox düzgün cavab verən "GFG" komandası intellektual turnirin qalibi olub. "Likantropiya" II, "Apeyron" isə III yeri tutub. 

Qalib və mükafatçı komandaların üzvləri müvafiq diplomlarla təltif olunublar. I pillənin sahibi olan komandaya qiymətli hədiyyələr də təqdim edilib. 

Qeyd edək ki, intellektual turnir "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilib.




Facebook-da paylaş