• Təqvim

  • Maraq



"Heydər Əliyev və milli dəyərlər" mövzusunda gənclərlə görüş keçirilib


Martın 1-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Heydər Əliyev İli" çərçivəsində "Heydər Əliyev və milli dəyərlər" mövzusunda gənclərlə görüş keçirilib. 

Qazax Gənclər Evinin dərnək rəhbəri Yeganə Yusifova tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, görüşün əhəmiyyətindən danışıb. Y.Yusifova çıxışında bildirib ki, Azərbaycan xalqı tarixin ən çətin dövrlərində belə, öz zəngin milli-mənəvi irsini və adət-ənənəsini yad təzahürlərdən hifz edərək onu qorumuş və nəsildən-nəsilə ötürmüşdür. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda, Ulu Öndər gənclərimizi milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi. Ulu Öndər gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyələndirilməsinin əhəmiyyətini xüsusi vurğulayırdı: “...Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.

Daha sonra müəssisənin fəal könüllüləri mövzu ətrafında geniş çıxışlar ediblər.



Facebook-da paylaş