"Hüquqlarımızı bilək" mövzusunda gənclərlə maarifləndirici görüş keçirilib
Fevralın 28-də "Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə "Hüquqlarımızı bilək" mövzusunda gənclərlə maarifləndirici görüş keçirilib.
Tədbiri giriş sözü ilə “Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru Vüsal Hüseynov açaraq tədbirin əhəmiyyəti barədə məlumat verib, gənclərin hüquqi cəhətdən maariflənməsinin zəruriliyindən danışıb. Bildirib ki, Azərbaycan dövləti şəxsiyyət azadlığına və insan hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir.
Daha sonra Vəkillər Kollegiyasının üzvü, mediator, Qazax 1 saylı Mediasiya Təşkilatının direktoru Pərvin Əhmədov çıxış edərək insan hüquqları və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərləri, eləcə də cəmiyyətdə insan hüquqlarına əməl olunmasının zəruriliyi barədə ətraflı məlumat verib.
Tədbirin sonunda gənclərin sualları mütəxəssis tərəfindən ətraflı şəkildə cavablandırılıb.
Facebook-da paylaş