• Təqvim

  • Maraq



"Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində “Böyüməyən uşaqlar” filmi nümayiş etdirilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində "İrəli" İctimai Birliyi tərəfindən çəkilən “Böyüməyən uşaqlar” filmi nümayiş etdirilib. 

Xocalıda hər iki valideynini itirmiş 25 uşaq haqqında çəkilən filmin əsas məqsədi ermənilərin törətdiyi soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Filmdə Xocalıda törədilmiş soyqırımı haqqında geniş məlumat verilir. Eyni zamanda Xocalı faciəsinin canlı şahidi, soyqırımı zamanı bütün ailəsini itirmiş Mehdi Əliyevin təəsüratları fonunda bir daha həmin günün dəhşətləri anladılır. 



Facebook-da paylaş