"İntellekt marafonu" layihəsi çərçivəsində keçirilən intellektual turnirdə "D" qrupunun komandaları yarışıb
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan "İntellekt marafonu" layihəsi çərçivəsində keçirilən intellektual turnirdə "D" qrupunun oyunu baş tutub.
Qazax Gənclər Evində reallaşan bilik yarışında 6 komandanın heyətində 30 gənc mübarizə aparıb. Bu mərhələdə 20 sual səsləndirilib.
Günün yekun nəticələrinə əsasən, ən çox suala düzgün cavab verən Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin "Nobelium", Qazax rayon Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbin "Nicat", Qazax rayon Canalı kənd tam orta məktəbin "Laçın" komandaları yarımfinal mərhələsinə vəsiqə qazanıb.
27 fevralda reallaşacaq yarımfinalda ümumilikdə 17 komanda iştirak edəcək. 4 komandanın yarışacağı final mərhələsi isə 28 fevralda keçiriləcək. Qeyd edək ki, layihənin icrasına 20 dekabr 2022-ci ildə başlanılıb və 20 mart 2023-cü il tarixdə yekunlaşacaq. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi layihənin tərəfdaşları qismində çıxış edir.
Facebook-da paylaş