• Təqvim

  • Maraq



Bu gün "C" qrupunun oyunu baş tutub


Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan "İntellekt marafonu" layihəsi çərçivəsində keçirilən intellektual turnirdə "C" qrupunun oyunu baş tutub. 
Qazax Gənclər Evində reallaşan bilik yarışında 8 komandanın heyətində 40 gənc mübarizə aparıb. Bu mərhələdə 20 sual səsləndirilib.

Günün yekun nəticələrinə əsasən, ən çox suala düzgün cavab verən Qazax rayon Səməd Hacıyev adına Orta Salahlı kənd tam orta məktəbin "Zəka", Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin "Ümid", Qazax rayon Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəbin "Dəli Kür" və Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbin "Vurğun" komandaları yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Yarımfinal mərhələsi 27 fevralda baş tutacaq. Sabah isə "D" və "E" qruplarında çıxış edən komandalar mübarizəyə qoşulacaq. Qeyd edək ki, layihənin icrasına 20 dekabr 2022-ci ildə başlanılıb və 20 mart 2023-cü il tarixdə yekunlaşacaq. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və "Qazax Gənclər evi" sosial xidmət müəssisəsi layihənin tərəfdaşları qismində çıxış edir.



Facebook-da paylaş