• Təqvim

  • Maraq



"Gəncdən-gəncə" silsilə fəaliyyətləri davam edir


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyində "Gəncdən-gəncə" silsilə fəaliyyətləri davam edir. 

Bu dəfə mərkəzin fəal gəncləri Nurcan Çobanzadə və Gülnar Səmədova "Xarakter və şəxsiyyətin motivasiya sahəsi" mövzusunda araşdırmalarını həmyaşıdları ilə bölüşüblər.

Araşdırma aşağıdakı başlıqları əhatə edib: 

 - Xarakter haqqında anlayış; 

 - Xarakterin növləri; 

 - Temperament və növləri;

 - Hiss və emosiyalar;

 - Stressi yaradan amillər.

Diskussiya şəraitində keçən fəaliyyətdə gənclərin mövzu ilə əlaqədar sualları cavablandırılıb, eyni zamanda müxtəlif psixoloji testlər edilib.



Facebook-da paylaş