Gənclər Şəhidlər Xiyabanını ziyarət edərək igid Vətən oğullarına ehtiramlarını bildiriblər
1990-cı ilin 20 yanvar günü Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Bu tarix milli müstəqilliyin və azadlıq uğrunda mübarizənin rəmzinə çevrilib.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd edilib. Gün ərzində idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, müharibə əlilləri, ziyalılar, gənclər, rayon sakinləri, ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri Şəhidlər xiyabanında memorial önünə gələrək Ümumxalq Hüzn Günündə 20 Yanvar şəhidlərinin xatirəsini yad edib, abidə önünə tər qərənfillər düzüblər.
"Qazax Gənclər evi" sosial xidmət müəssisəsinin əməkdaşları və könüllüləri 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Qazax şəhərində Şəhidlər Xiyabanında ucaldılmış memorial abidə kompleksini ziyarət ediblər.
Gənclər abidənin önünə tər qərənfillər düzərək, şəhidlərimizə olan ehtiramlarını bildiriblər.
Facebook-da paylaş