• Təqvim

  • Unutma

  • Maraq



20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş "Qan yaddaşımız" adlı rəsm müsabiqəsi keçirilib


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi, Qazax Dövlət Rəsm Qalereyası və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş "Qan yaddaşımız" adlı rəsm müsabiqəsi keçirilib.

İlk olaraq şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin direktoru İsmayıl Süleymanov çıxış edərək müstəqilliyə gedən yolda 20 Yanvar hadisələrinin rolundan, Sovet qoşunlarının Azərbaycana yeridilməsindən və Ulu Öndər Heydər Əliyevin 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındakı rolundan danışıblar.

Daha sonra rəsmlərə baxış keçirilib. Müsabiqədə gənc rəssamların 20-dək əl işi nümayiş etdirilib. Münsiflərin qərarına əsasən, Aida Nəsibli müsabiqənin qalibi adına layiq görülüb. Anar Bənnayev II, Aysel Əlvəliyeva isə III pilləni tutub. Aysu Musazadə ilə Qumaş Əlizadə isə həvəsləndirici yerlərin sahibi olublar.

Qalib və mükafatçılar Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi tərəfindən müvafiq diplom və qiymətli hədiyyələrlə təltif olunublar.



Facebook-da paylaş