"Mənim peşəm, mənim gələcəyimdir'' layihəsi davam edir
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Mənim peşəm, mənim gələcəyimdir'' layihəsi davam edir.
Layihə çərçivəsində gənclər Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən "Peşə Təmayüllü Siniflər"ə səfər ediblər.
Müəllim Laçın Möyləverdili tərəfindən "Şəbəkələşmə" mövzusunda təqdimat keçirilib.
Təqdimat aşağıdakı başlıqları əhatə edib:
- Şəbəkələşmə nədir?;
- Şəbəkə kabelinin düzəldilməsi;
- Şəbəkənin qurulması;
- Şəbəkə kabellərinə RJ-45 başlıq qurulması;
- Şəbəkə nəyə görə lazmdır?;
- Testerlə qurulan şəbəkənin yoxlanılması;
İnteraktiv şəkildə keçən fəaliyyətdə nəzəri hissə ilə yanaşı praktik hissəyə də üstünlük verilib.
Facebook-da paylaş