Əsas Səhifə > Gənclər > "Mənim peşəm, mənim gələcəyimdir'' layihəsi davam edir
"Mənim peşəm, mənim gələcəyimdir'' layihəsi davam edir18-01-2023, 19:56 |
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Mənim peşəm, mənim gələcəyimdir'' layihəsi davam edir. Layihə çərçivəsində gənclər Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən "Peşə Təmayüllü Siniflər"ə səfər ediblər. Müəllim Laçın Möyləverdili tərəfindən "Şəbəkələşmə" mövzusunda təqdimat keçirilib. Təqdimat aşağıdakı başlıqları əhatə edib: - Şəbəkələşmə nədir?; - Şəbəkə kabelinin düzəldilməsi; - Şəbəkənin qurulması; - Şəbəkə kabellərinə RJ-45 başlıq qurulması; - Şəbəkə nəyə görə lazmdır?; - Testerlə qurulan şəbəkənin yoxlanılması; İnteraktiv şəkildə keçən fəaliyyətdə nəzəri hissə ilə yanaşı praktik hissəyə də üstünlük verilib.
Geri qayıt |