• Təqvim

  • Unutma

  • Maraq



"Gəncdən-gəncə" silsilə fəaliyyətləri davam edir


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Gəncdən-gəncə" silsilə fəaliyyətləri davam edir. 

Növbəti belə fəaliyyət çərçivəsində  mərkəzimizin aktiv gənci, Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi Xəyal Şıxaliyev vikipediya ilə bağlı hazırladığı təqdimatı həmyaşıdları ilə bölüşüb.

Təqdimat aşağıdakı başlıqları əhatə edib: 

 - Vikipediya haqqında məlumat; 

 - Virtual açıq ensiklopediya;

 - Nəhəng sosial şəbəkə;

 - Viki - cəmiyyət; 

Diskussiya şəraitində keçən təqdimatda gənclərin mövzu ilə əlaqədar sualları cavablandırılıb.



Facebook-da paylaş