• Təqvim

  • Maraq



"Sələflərin izi ilə" araşdırma layihəsi davam edir


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə "Sələflərin izi ilə" araşdırma layihəsi davam edir. 

Layihə çərçivəsində növbəti fəaliyyətdə mərkəzin aktiv gənci, Bakı Dövlət Universitetinin Qazax filialının tələbəsi Xəyal Şıxaliyev çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan, Xalq şairi, ictimai xadim Zəlimxan Yaqubun anım günü ilə əlaqədar hazırladığı təqdimatı həmyaşıdları ilə bölüşüb.  

"Zəlimxan dünyası" adlanan təqdimat aşağıdakı başlıqları əhatə edib: 

- Sözün Zəlimxan zirvəsi;

- Zəlimxan Yaqub poeziyası;

- Milli ruhun yaddaşı; 

- Bir Zəlimxan ömrü. 

Diskussiya şəraitində keçən təqdimatda gənclərin mövzu ilə əlaqədar sualları cavablandırılıb. Həmçinin görkəmli ədibin şeirləri səsləndirib. 



Facebook-da paylaş