• Təqvim

  • Maraq



“Şuşa İli”nə həsr olunmuş vətənpərvərlik mövzusunda mahnı-musiqi müsabiqəsi keçirilib


28-29 dekabr tarixlərdə Qazax Rayon Gənclər və İdman İidarəsi və Qazax şəhər 2 saylı Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş vətənpərvərlik mövzusunda mahnı-musiqi müsabiqəsi keçirilib.

Müsabiqədə Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev və Qazax şəhər 2 saylı Musiqi Məktəbinin direktoru Ramil Qurbanov çıxış edərək iştirakçıları salamlayıb, hər birinə uğurlar arzulayıblar.

Dörd naminasiya üzrə keçirilən müsabiqədə 12 nəfər qalib adını qazanaraq Qazax Rayon Gənclər və İdman İdarəsinin hədiyyə və diplomları ilə təltif ediliblər.



Facebook-da paylaş