• Təqvim

  • Maraq



Vətən müharibəsi şəhidi tibb xidməti leytenantı Adil Əfəndiyevin xatirəsinə həsr olunmuş "Xüsusi Təyinatlı Həkim" filmi çəkilib


Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan "Əsrə bərabər 44 gün" layihəsi çərçivəsində Vətən müharibəsi şəhidi, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun xatirəsinə həsr olunmuş "Xüsusi Təyinatlı Həkim" filmi çəkilib.

Qeyd edək ki, "Əsrə bərabər 44 gün" layihəsinin icrasına 10 sentyabr tarixində başlanılıb və 10 dekabr tarixində yekun vurulub. Layihə çərçivəsində bundan başqa, rəsm müsabiqəsi və intellektual turnir təşkil olunub.



Facebook-da paylaş