• Təqvim

  • Maraq



"Kitab klubu"nun budəfəki görüşü Xalq şairi Osman Sarıvəlli yaradıcılığına həsr olunub


Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin "Kitab klubu"nun növbəti görüşü keçirilib.

Budəfəki görüş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Osman Sarıvəllinin anadan olmasının 117 illiyinə həsr olunub.  Gənclər tədbirdə görkəmli sənətkarın həyat və yaradıcılığını müzakirə ediblər. 

Görüşdə bildirilib ki, Osman Sarıvəllinin şair taleyi heç də asan olmamış, ömrünün müxtəlif anlarında haqsızlıqlara, təqiblərə məruz qalıb.  

Osman Sarıvəlli xalq yaradıcılığının təbliği, aşıq sənətinin tədqiqi ilə yanaşı, tərcüməçiliklə də məşğul olub, Nizami, Xəqani, Viktor Hüqo, Nazim Hikmət, Aleksandr Puşkinin əsərlərini, Sofoklun “Antiqona” faciəsini dilimizə çevirib. 

Gənclər çıxışlarında qeyd ediblər ki, görkəmli ədib folklorumuzun və aşıq yaradıcılığının tədqiqində, eləcə də böyük Səməd Vurğun yaradıcılığının külliyyatının hazırlanıb çap edilməsində öz qüvvəsini əsirgəməyib. Onun qoşmaları bu gün də Azərbaycan aşıqlarının ən çox sevdiyi, oxuduğu mahnılara çevrilib.

GOYEZEN.AZ



Facebook-da paylaş