• Təqvim

  • Maraq



Gənclər arasında maarifləndirici tədbir keçirilib


Dekabrın 9-da Qazax Rayon Gənclər və İdman İdarəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq hallarının qarşısının alınması məqsədilə yuxarı sinif şagirdləri arasında maarifləndirici tədbir keçirilib.

Qazax Gənclər evində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Ramin Sadıqov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunda aparıcı məsləhətçi Rasim Carçıyev, “Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin psixoloqu Fatma Rəhimova olmaqla, ümumilikdə 121 nəfər iştirak edib.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb, görüşün əhəmiyyətindən danışıb. V.Nəbiyev qeyd edib ki, yetkinlik yaşına çatmayanlara qarşı törədilmiş zorakılıq hallarına heç vaxt haqq qazandırmaq olmaz.  Ailələrdə, məktəblərdə, icmalarda zorakılığın bütün formalarına son qoymaq uşaqların hüquqları, rifahı və davamlı gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Ümumtəhsil məktəbləri, məktəbəqədər təhsil müəssisələri, uşaq evi, körpələr evi, uşaq bağçaları təhlükəsiz və uşağın dostu olmalıdır.


Daha sonra Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Rayon Polis Şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis kapitanı Ramin Sadıqov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektorunda aparıcı məsləhətçi Rasim Carçıyev, “Qazax Gənclər evi” sosial xidmət müəssisəsinin psixoloqu Fatma Rəhimova çıxış edərək yetkinlik yaşına çatmayanlara qarşı zorakılıqla mübarizənin bütün cəmiyyətlərdə olduqca mürəkkəb bir problem olduğunu qeyd ediblər. Ona görə də ailədə zorakılıq hallarının yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəli olduğunu vurğulayıblar. Bildiriblər ki, yetkinlik yaşına çatmayanlara qarşı zorakılıq hallarının qarşısının alınması probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Zorakılıq hallarının qarşısının alınması üçün maarifləndirmə işinin gücləndirilməsi dövlətimizin daxili siyasətində bu gün ən mühüm prioritetlərdən biridir. Ölkəmizdə uşaq hüquqlarının müdafiəsi, onların fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşdırılması, habelə bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi və respublikamızın mühüm beynəlxalq sənədlərə qoşulması sahəsində davamlı iş aparıldığını vurğulayıblar.

Diskusiya şəklində keçən tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.

GOYEZEN.AZ



Facebook-da paylaş